İtaliyanın Baş naziri Giorgia Meloni Kanadanın Kananaskis şəhərində keçirilən G7 Liderlər Zirvəsindən sonra İtaliya mətbuatına açıqlamalar verib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Baş nazir Meloni Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiklərini və orada sülh və sabitliyin tərəfdarı olduqlarını bildirib və qeyd edib: "Bölgədəki qeyri-sabitliyin əsas mənbəyinin İran olduğunu bilirik. İsrailin özünü müdafiə etmək hüququ olduğunu qəbul edirik. Hamımızın üzərində çalışdığımız məqsəd İranın nüvə silahı əldə etməsinə mane olacaq danışıqlara nail olmaqdır".