AZ

Tanınmış sovet kino aktrisası Natalya Tenyakova vəfat edib

Azpost saytından alınan məlumata görə, ain.az bildirir.

Tanınmış sovet kino aktrisası, Rusiyanı xalq artisti Natalya Tenyakova vəfat edib. 

AzPost bildirir ki, bu barədə Çexov adına Moskva İncəsənət Teatrı məlumat verib. Aktrisa iyunun 18-də 80 yaşında dünyasını dəyişib.

SSRİ-nin məşhur  “Məhəbbət və göyərçinlər” filmindəki Şura obrazı ilə milyonlarla insanın tanıdığı aktrisa teatr və kinoda parlaq iz qoyub.

Natalya Tenyakova 3 iyul 1944-cü ildə Leninqradda anadan olub.Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu (LGITMiK) bitirib.

2024-cü ilin may ayında Moskva İncəsənət Teatrında tamaşadan əvvəl özünü pis hiss edən aktrisa üçün təcili yardım çağırılmışdı. 2025-ci ilin əvvəlində Natalya Tenakova xəstəxanaya yerləşdirilsdə tezliklə evə buraxıldı və müalicəsini evdə davam etdirdi.

Aktrisanın yaşla bağlı xəstəliklərlə mübarizə apardığı məlum olub.

Son illərdə Tenyakova nadir hallarda filmlərə çəkilir, teatra üstünlük verirdi.

N.Tenyakova məşhur sovet aktyoru Sergey Yurskinin həyat yoldaşı olub.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
azpost.info

2Mənbələr