AZ

"Belleqprom"un rəhbəri: “Belarus Azərbaycanda birgə istehsalatların yaradılmasına açıqdır”

Belarus və Azərbaycan üçün yalnız ticarətlə məhdudlaşmamaq, birgə istehsalatların yaradılması, texnoloji həllərin inteqrasiyası üzrə daha dərin əməkdaşlıqda təmas nöqtələri tapmaq vacibdir.

“Report” xəbər verir ki, bunu "Belleqprom" konserninin sədri Tatyana Lugina Bakıda konsernin nümayəndə heyətinin Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı bildirib.

"Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlər, ən əsası isə Belarus və Azərbaycan liderləri arasındakı qarşılıqlı anlaşma iqtisadi əlaqələrin dərinləşdirilməsinin zəruriliyini aydın şəkildə nümayiş etdirir. Biz biznes və sənaye nümayəndələri olaraq, müəssisələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə kömək etməliyik", - konsernin rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, xüsusilə yüngül sənaye sahəsində böyük potensial var: "Bizim həm səriştə, həm də istehsal ənənələri baxımından irəli sürə biləcəyimiz təkliflər var. Biz təəccübləndirməyə, nailiyyətlərimizi bölüşməyə və ən müxtəlif istiqamətlərdə dialoq aparmağa hazırıq".

Seçilən
23
report.az

1Mənbələr