AZ

Belqrad Parisdən kredit götürür: fransız qırıcıları almaq üçün

İyunun 16-da Serbiya parlamenti Fransanın bir neçə bankından 1,9 milyard avro (2,2 milyard ABŞ dolları) borc alması üçün dövlətə icazə verib. Pullar 12 ədəd “Rafale” döyüş təyyarəsinin alınması üçün istifadə olunacaq.

Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.

Bu təyyarələr Fransanın Dassault Aviation şirkəti tərəfindən istehsal olunur. Məqsəd Rusiyanın “MiQ” qırıcılarından ibarət köhnəlmiş parkı yeniləməkdir.

2024-cü ilin avqust ayında Belqrad Parisdən 12 “Rafale” qırıcısı almağa razılaşıb: doqquzu tək yerlik, üçü iki yerlik. Həmin vaxt çatdırılmanın qiyməti 2,7 milyard avro (3,1 milyard ABŞ dolları) idi.

Serbiya parlamentinin qəbul etdiyi qərara əsasən, artıq 823,5 milyon avro (952 milyon ABŞ dolları) avans kimi ödənilib. Qalan məbləğ isə bir qrup Fransa bankı və kredit təşkilatından borc alınacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
herbiand.az

1Mənbələr