AZ

İSRAİLİN İRANI VURMAQ PLANI SIZDI Netanyahu fevralda Trampa təqdim edibmiş

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

İsrail Baş naziri Benyamin Netanyahu 2024-cü ilin dekabrında İranı hədəf almaq üçün gizli hərbi planların icrasına start verib.

"AzPolitika" xəbər verir ki, bu barədə "New York Times" nəşrinin bu gün yayımlanan xüsusi araşdırmasında bildirilir.

İddialara görə, Netanyahu 4 fevral 2025-ci ildə ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşərək İranın nüvə proqramı ilə bağlı geniş təqdimat keçirib.

Sızan sənədlərə əsasən, İsrail bu qərarı Livanda Hizbullahın zəiflədilməsi və Suriyada Bəşər Əsəd rejiminin süqutu ilə yaranan boşluqdan istifadə etmək məqsədilə qəbul edib. İsrail yalnız nüvə obyektlərini deyil, İran rejimini də hədəf alan genişmiqyaslı bir hücum hazırlığı içində olub.

ABŞ nəşri Trampın Netanyahuya nə tam dəstək verdiyini, nə də hücum planına açıq şəkildə qarşı çıxdığını yazır. Əvəzində ABŞ lideri "orta yol" tutaraq, İsrailə açıq şəkildə açıqlanmayan bir kəşfiyyat dəstəyi verməyə qərar verib. Qəzet yazır ki, Tramp həmin gün sevimli telekanalı "Fox News"-da İsrailin "hərbi dahiliyini" təqdir edən reportajlara baxaraq öz payını almağa çalışıb.

Amerika kəşfiyyat orqanlarının məlumatına əsasən, Netanyahu bu hücumu ABŞ dəstəkləsə də, dəstəkləməsə də həyata keçirməyə qərarlı idi. CIA direktoru Con Ratslayf iyun ayında Kemp-Devid görüşlərində İran və İsrail arasındakı vəziyyətin sürətlə pisləşdiyini təsdiqləyən açıq hesabat təqdim etmişdi.

Apreldə Netanyahuya hərbi müdaxilə təklifini rədd edən Tramp may ayının sonlarında keçirilən gərgin telefon danışığında Netanyahuya “təktərəfli hücumdan çəkin” xəbərdarlığı etmişdi. 

"New York Times" yazır ki, Tramp diplomatik üsulların nəticə vermədiyinə inanaraq İranla bağlı səbrini itirib. Hazırda ABŞ administrasiyası İsrail qırıcılarına yanacaq təminatı və İranın "Fordo" bölgəsindəki yeraltı nüvə obyektlərinə 30.000 funtluq bombalarla zərbə endirmək üçün Amerika təyyarələrinin istifadəsini ciddi şəkildə nəzərdən keçirir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
azpolitika.info

1Mənbələr