AZ

“Neftçi”nin təklif göndərdiyi futbolçu Ermənistan klubu ilə anlaşdı

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Neftçi" Rumıniyanın "Universitatya" (Krayova) klubunun futbolçusu Takuto Oşimanı heyətinə qatmaq istəsə də yapon futbolçu fərqli qərar verib. Sport24.az xəbər verir ki, o, Ermənistana üz tutub.

27 yaşlı dayaq yarımmüdafiəçisi bu ölkənin son çempionu "Noah" klubu ilə ortaq məxrəcə gəlib. Ermənilər onun transferi üçün Rumıniya klubuna 350 min avro təzminat ödəyib.

Qeyd edək ki, bir neçə gün öncə Rumıniya mətbuatı "ağ-qaralar"ın yapon oyunçuya təklif göndərdiyi, qarşı tərəfin transfer üçün paytaxt klubundan 500 min avro istədiyi barədə məlumat paylaşmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
sport24.az

1Mənbələr