AZ

Saxa/Sak etnoittifaqının adını yaşadan Saxa/Sak il in adası

ain.az bildirir, Turkstan.az portalına istinadən.

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

Minilliklər boyunca əski İnsan yaşayışı areallarında (o cümlədən, Altay-Sayan...dağlıq, Bəygöl və Xan Hun /Xalxin göl hövzələrində, Hunqarlı silsilələri boyunca, Cənubi Sibir diyarında....Türkdilli xalq birliklərinin materikin digər coğrafi ərazilərində eyni soylu, dil-irq kökünə bağlı kökənli uluslarla etnodemoqrafik təkamül mərhələsi assimlyativ, stimulyativ və sintez bütövlüyünə nail olunsa da, mürəkkəb dil-fonetika tərkibinə görə Altay-Aral/Ural ailəsində semantikasına görə Dil qrupları/qolları (şifahi və yazılı üslubda, amma, assimlyativ dəyişikliyi qoruyub saxlamaqla) timsalında formalaşmışdır.

Nəticə...

Uzaq Şərqdə yaranmış, arxaik dil, dialekt, şivə, tələffüz....nitqləri əsasında yaranmış toponimlərin Xəzər-Qara dənizlər...Anadolu yayalasındakı yer adları ilə Ailə-Dil qohumluğu məhz bu nəticələrə köklənmişdir. Və bu baxımdan, Saxa/Sak-il böyük quru hissəsi və ya hazırda xəritələrdə yazılan “Saxalin adası” anrto-orotoponimi istisnalıq təşkil etməyib, neçə min illik tarixi keçmişə malik Saxa/Sak tayfa İttifaqının soykökünü ifadə edən coğrafi məkan olmaqla....

Üstünlük təşkil edən, aparıcı etnogenetik soy qolu kimi Saxa/Sak tayfa-qəbilə birliyinin yayıldığı Uzaq Şərq-Gündoğar-Doğu diyarındakı okean və dəniz suları ilə əhatələnən Saxa/Sak-il-in adası (“Saklara mənsub yer”) XVII əsrdək işğal edilməmiş, əski Türkdillilərin tarixi yurd yeri kimi yaşanmışdır, qədim mədəniyyətə, dini-irfani dünyadərkinə üstünlük verən yerli əhali balıqçılıq, ovçuluq, sənətkarlıq, dini-dünyəvi təlim... və sadə həyat tərzi sürməklə e.ə.I minillikdə və erkən Orta əsrlərdə Dünya sivilizasiyasının Uzaq Şərq ocağını yaratmışlar.

Hun-Quz/Tunquz tayfalarının soykökündən ayrılan morfogenetik və dil üslubuna görə Altay Ailəsinin Dil altqruplarına daxil olan aynilər, nivx və evenklər əski, protoTük dil üslbununu daşısalar da, Saxa/Sak-il-in adasınınTəkamül mərhələlərində (Neolit (“Slavnaya-5”, “Puqaçova-1, “Venskoye-5”) və Dəmir dövrü (“Cimdan-5”) alətlərinin tapılması, e.ə. I minilliyə aid (“Yasnoye-8”) və 230 min illik yeraltı yaşayım yerinin tarixi, Orta əsrlər mərhələdinin (“Sennaya-1”, “Nabil-1”) arxeoloji düşəgələri) coğrafi məkan baxımından (Tartar/Tatar (əski Türklərə verilən ad) boğazı, Duyke və Tım çayları hövzəsi, Pronqe burnu...) böyük regional ərazi hüdudlarını təşkil etmişdir.

Etnonim kimi “Ayni”lər-“Adam” mənasında yaranmış, evenklər isə əski Hun/Quz/Sak tayfalarının yerli dil-şivə dialektinin fonetik üslubunun munilliklər boyunca dəyişilmiş ifadəsi hesab edilir. 1787-ci il, iyun ayında fransız dəniz səyyahı qraf J.F.Laperuz (1741-1788) adanın qərb sahillərində Aynilərlə görüşdükdə yerlilərin danışıq tərzi və leksik ifadə üslubunun kökənli xalqlara mənsubluğiunu gündəliyində qeyd və həmin ərazilərin xüsusi xəritəsini tərtib etmişdir. Onun səfərindən 9 il sonra ada sahillərini ingilis dənizçisi U.R.Brauton (1762-1821) da tədid etmiş və xəritələşdirmişdir.

1797-ci il sentyabrın 8-də onun olduğu Moneron adası (adanın ucqar cənub-qərbindən 43 km aralı) e.ə. I minilliyin Susuy mədəniyyətinin mərkəzi hesab edilir, çiçəklənmə dövrü e.ə. V əsrdə olub.

“Saxalin adası” tarixi-etnoqrafik və səfər təəssüratı məzmunlu əsərinin müəllifi, “Rus ədəbiyyatının təbibi”-yazıçı, həkim A.P.Çexov (1860-1904) 1890-cı ilin yay aylarında Amur çayı hövzəsi və ada haqqındakı təəssüratları ümumilikdə qədim Türkdilli və soylu çoxsaylı qəbilə-tayfa birliklərinin çar Rusiyası tərəfindən işğal edilən Uzaq Şərq hövzəsinin XIX əsrin sonlarınadək etnogenetik ilkinliyinin qorunub saxlanılmasına ədəbi-bəddi, sənədli-təsviri sübutdur. Yazıçı yazır:

-Uzaq Şərqin yerli xalqları qızıl ticarəti ilə məşğul olan rus tacirləri tərəfindən istismar edilir;

-Amur çayı boyunca üzərkən bu ərazilərin rus təbii-mühitinə aid olmadığını dərk etdim, bu yerlərin rus təbiətinə aidiyyəti yoxdur;

-Yerli əhaliyə rus mühiti, Puşkin və Qoqol ədəbiyyatı onlar üçün yaddır, rus tarixi onları maraqlandırmır;

-Rusiyadan bu yerlərə gələnlər özlərini yad hesab edirlər;

-Əyər yerli, kökənli xalqı darıxdırmaq istəyirsənsə, onlara rus hökumətindən, rus mədəniyyəti və incəsənətindən danışmalı olacaqsan;

-Kökənli etnosların milli-mənəvi və mədəni dəyərləri özünəməxsus səciyyəvidir, ruslara aid deyil;

-Saxalin adasında Tatar ailələri üstünlük təşkil edir və ailələrdə qiz uşaqları daha çoxdur...

Adanın coğrafi nadlarının etimologiyasında prototürk soylarına mənsub Ayn və Nivx xalqlarının dillərindən doğan toponimlər əski çağlarda üstünlük təşkil etmişdir.

Susuya çayı-Ayni dilində “Qayalı ərazidən keçən su axını” mənasındadır, adanın ən böyük çaylarından biridir. Quba rayonu, Susay kəndi orotoponim kimi “sulu ərazidə salınan kənd” mənalandırılr. Adada bu adda düzənlik və dağ silsiləsi də vardır. Və yaxud, Şikotan adası Aynilərin tələffüzündə “Su/Şu koman” (“Böyük yaşayış məskəni”) kimi səslənir, əski Türk dillərində -“kom”, “koma”- “yığnaq yeri” kimi başa düşülür. Kunaşir adası-“Qara torpaq” mənasını verən Ayni dilində “Kunnə siri” (“Gün yandırmış”) kimi səslənir.

Ayni çayı (uzunluğu 79 km) Tatar/Tartar körfəzinə (adanın qərb hissəsində) tökülür...

Ayni xalqının lüğət sözləri içərisində “tuyma”-“uzaq dur” anlamındadır, biz də elə deyirik-“uzaq dur, “dəymə”...

Əski Türkdilli və protoTürk etnogetik dil, irq eyniliyi təşkil edən Hun-Quz-Saxa/Sak....tayfa birliklərinin soy-kök qollarını təşkil edən Uzaq Şərqin Ayni, Evenk, Nivx, Oroçi, Nanay, Uyult....etnoqrupları (onların Saxa/Sak-il-in adasında məskunlaşma tarixi 7 min ildən çoxdur) hələ də, milli-mədəni və dil-genetik mənsubiyyət dəyərlərini qoruyub saxlamış, irqi-dini assimlyasiyaya məruz qalmamışlar...

R.S. Sahəsi 72 492 min kv. km., əhalisinin sayı 460 min nəfərə qədər olan Saxa/Sak-il-in adasının(ən uca zirvəsi Lopatina dağı, 1609 m)çarRusiyası tərəfindən zəbt və işğal edilməsində admiral Q.İ.Nevelskoyun (1818-1876) böyük xidmətləri olmuş, bu 1853-cü ilə təsadüf edir. 1897-ci ildə 28 min nəfər əhalisi olan adada kökənli xalqların sayı hazırda 1% təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
icma.az

2Mənbələr