Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 18 iyun, AZƏRTAC
Rəqibim Nazim Sadıxova hörmətim sonsuzdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək braziliyalı idmançı Nikolas Motta mətbuat konfransında deyib.
O, azərbaycanlı rəqibi Nazim Sadıxova qalib gəlmək üçün əlindən gələni edəcəyini bildirib: "Düşünürəm ki,oktaqonda Nazimlə gərgin döyüş olacaq. Onunla bir neçə dəfə qarşılaşa bilərdik. UFC-dən əvvəl Nazimlə birgə başqa təşkilatda mübarizə aparmışıq. Nəhayət, bu dəfə onunla üz-üzə gələcəyik. Bizim üslubumuz çox maraqlı və gərgin döyüş vəd edir".
Qeyd edək ki, Bakıda UFC turniri iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.