AZ

Aqşin Yenisey Fərhad Yalquzağın intiharından yazdı: “Bu, eqoizmdir”  

Xəbər verdiyimiz kimi, tanınmış rəssam Fərhad Yalquzaq dünən gecə saatlarında intihar edib. Hadisə rəssamın Xətai rayonunda yerləşən evindəki emalatxanada baş verib. Belə ki, iyunun 17-si saat 23 radələrində 1973-cü il təvəllüdlü Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı və işlədiyi M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib. O, qanaxmadan ölüb. İntihar hadisəsi ilə bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şair Aqşin Yenisey Fərhad Yalquzaq haqqında paylaşım edib.

Musavat.com həmin paylaşımı təqdim edir:

"Daha bir dostumuz cavan yaşında passiv intiharın qurbanı olub. Bu, artıq qarşılaşdığım neçənci belə hadisədir.

Cavan yaşda xəstəliksiz ölüm xarakterlə bağlıdır. Bəzi insanlar başlarına gələn uğursuzluqlardan əhvalatları olsun deyə özlərinə tale düzəltməyi sevirlər və bunu həyat zənn edirlər.

Həyat və tale eyni şey deyil. Tale insanın özünü qurban rolunda gördüyü həyat seçimidir.

Qurban roluna girdinsə, özünü öldürəcəksən. Çünki qurban özünü fəda etməlidir.

İnsanlıq eyni uğurları və uğursuzluqları yaşayır. Fərqli uğur və uğursuzluq deyə bir şey yoxdur.

Yəni sən heç nəyinlə tək deyilsən bu həyatda, bütün dünya sənlə doludur.

Özünü milyonlarla oxşarından ayırmaq eqoistlikdir. İntiharın 800-ə yaxın səbəbinin arasında ən birincisi eqoist intihardır. Bunu mən yox, intiharşünas Dürkheym deyir.

Milyonlarla insanın yaşadığı uğursuzluğa düçar olduqda onu şəxsiləşdirmək də eqoizmdir.

Həyatın sənin qarşına çıxardığı bütün pislikləri, murdarlıqları özünə yaraşdırmalısan. Yaraşdırmırsansa eqoistsən. Eqon bu murdarlıqdan sənə tale düzəldəcək və tale də səni qurban roluna soxacaq.

Və əlvida həyat!".

Şahanə Rəhimli
Musavat.com

Seçilən
1
2
musavat.com

5Mənbələr