AZ

Günay Malikqızının həyat yoldaşı yüksək vəzifəyə təyin olundu

Naxçıvanda fəaliyyət göstərən “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsə yeni rəhbər təyin edilib.

Tribunainfo.az xəbər verir ki, əməkdar jurnalist, media sahəsində uzun illər təcrübəsi olan Bəhruz Nəzərov qurumun İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.

O, bundan əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri kimi çalışıb.

Məlumat üçün bildirək ki, Bəhruz Nəzərov tanınmış jurnalist Günay Malikqızının həyat yoldaşıdır. Günay Malikqızı uzun illər media sahəsində fəaliyyət göstərmiş, bir sıra tanınmış mətbuat orqanlarında jurnalist və aparıcı kimi çalışmışdır.

Qeyd edək ki, “Naxçıvan Təlim Mərkəzi” 2024-cü il iyulun 11-də yaradılıb. Qurumun əvvəlki rəhbəri Tağı Tağızadə olub.

 

Dəniz Pənahova

Seçilən
5
tribunainfo.az

1Mənbələr