"Ölkədə hakimlərin sayı 600, 700, 800 də ola bilər, bu, əsas məsələ deyil".
O qeyd edib ki, bu kiçik spesifik ailə dövlətin ən ali sütunlarını qoruyub saxlayır, məhkəmə sisteminin müstəqilliyi çox önəmlidir: “Xüsusilə vurğulamaq istərdim ki, nə qədər ki, məhkəmə sistemində hakimlərin seçimi, təyinatı və vəzifədə irəliləməsi heç bir ideoloji, qohumluq, dostluq və ərazi faktorlarından asılı olmayacaq, o qədər cəmiyyətin, habelə hakimlərin məhkəmə sisteminin müstəqilliyinə inamı artacaq, onun qəbul etdiyi qərarlara etibar möhkəmlənəcək, bu isə öz növbəsində qəbul edilmiş qərarların təsirinin sayını və keyfiyyətini artıracaqdır”./APA