AZ

UFC döyüşçüsü: “Qarabağ”ın formasını özümlə ABŞ-a aparacağam

"Azərbaycanda hər şey idealdır. Burada məni möhtəşəm qarşıladılar. Dünyanın başqa yerlərində belə şey yoxdur".

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək ABŞ-dan olan idmançı Xalil Ruantri mətbuat konfransında deyib.

O, bütün diqqətini ilk döyüşə yönəltdiyini bildirib: "Camaal Hillə qalib gəlmək istəyirəm. Fikrimcə, ağır və çətin döyüş olacaq. Daha sonra gələcək barədə danışmaq olar".

35 yaşlı idmançı "Qarabağ" klubunun forması ilə çəkdirdiyi şəkillər haqqında da danışıb: "Formanı papaqla birgə Bakıdan almışam. Bunu özümlə ABŞ-a aparacağam".

İdmançı burnundan əməliyyat olunduğunu açıqlasa da, özünü yaxşı hiss etdiyini söyləyib.

Qeyd edək ki, Xalil Ruantri iyunun 21-də Bakı Kristal Zalında həmyerlisi Camaal Hill ilə üz-üzə gələcək.

İdman.biz

Seçilən
3
2
idman.biz

3Mənbələr