AZ

"Qarabağ" ÇL-də bu 8 komandadan birinə rəqib olacaq - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

QOL.az xəbər verir ki, mərasim  İsveçrənin Nyon şəhərində keçirləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi məlum olacaq. 

Azərbaycan çempionu “səpələnmişlər” səbətində yer alacaq. Yəni, nisbətən zəif komanda ilə qarşılaşacaq. 

Artıq "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb.

Mümkün rəqiblər isə bu komandalardır:  

"Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

 "KuPS" (Finlandiya) - "Milsami" (Moldova) cütünün qalibi

TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi

"Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi

Qeyd edək ki, ÇL-də 2-ci təsniat mərhələsinin matçları 22/23 və 29/30 iyulda oynanılacaq. 

Seçilən
1
4
teleqraf.com

10Mənbələr