AZ

Nikolas Motta: Nazim Sadıxovla döyüşümüz maraqlı keçəcək

“Nazim Sadıxova hörmət edirəm. Bizim ikimizdə döyüşməyi xoşlayırıq. Qarşılıqlı hörmətimiz olsa da, bu, əsl müharibə olacaq”.

Teleqraf xəbər verir ki, bunu UFC döyüşçüsü Nikolas Motta Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.

32 yaşlı braziliyalı idmançı Sadıxovun öz vətənində olduğunu söyləyib: “Onunla daha əvvəllər qarşılaşa bilərdik. UFC-ə başqa təşkilatda döyüşərək gəlmişik. Döyüş üslubumuza görə qarşılaşma maraqlı keçəcək”.

Qeyd edək ki, Nikolas Motta yüngül çəki dərəcəsində azərbaycanlı Nazim Sadıxovla qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək

Seçilən
5
teleqraf.com

1Mənbələr