Bu gün Nyonda (İsveçrə) Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.
İdmanxeber.az xəbər verir ki, “Zirə” və “Araz-Naxçıvan” klublarının rəqibləri müəyyənləşəcək.
“Zirə”nin potensial rəqiblər bəlli olub: “Hayduk”(Xorvatiya), “Maribor”(Sloveniya), AEK(Yunanıstan), “DAK Dunayska Streda”(Slovakiya), AEK(Larnaka) – “Partizan”(Serbiya) cütünün qalibi.
“Araz-Naxçıvan”ın potensial rəqibləri isə bunlardır: “Başakşəhir”(Türkiyə), “Omoniya”(Kipr), “Aris”(Yunanıstan), “Beytar”(İsrail)
2-ci turun püşkü saat 17:00-da başlayacaq, görüşlər iyulun 24 və 31-də keçiriləcək.