Nazim Sadıxovla Nikolas Motta arasındakı UFC döyüşündə müharibə olacaq.
"Report"un məlumatına görə, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək braziliyalı Nikolas Motta mətbuat konfransında deyib.
32 yaşlı idmançı rəqibinə hörmət etdiyini bildirib:
"Bizi əyləncəli görüş gözləyir".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Nikolas Motta Azərbaycan təmsilçisi Nazim Sadıxovla üz-üzə gələcək.