Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.
Arena.az xəbər verir ki, ötən gecə mundial çərçivəsində daha dörd qarşılaşma baş tutub.
E qrupunda Argentinanın “River Pleyt” komandası Yaponiya təmsilçisi “Urava Red Daymonds” üzərində inamlı qələbəyə sevinib. Qrupun digər oyununda Meksikanın “Monterrey” komandası ilə qarşılaşan İtaliya “İnter”i DÇ-yə qələbəsiz başlayıb.
F qrupunda “Fluminense” (Braziliya) ilə “Borussiya” (Dortmund, Almaniya) arasında keçirilmiş görüşdə də qapılara qol vurulmayıb. “Ulsan HD” (Cənubi Koreya) – “Mamelodi Sandauns” (CAR) görüşündə isə afrikalılar sevinən tərəf olublar.
FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda iştirak edir və onlar 8 qrupa bölünüblər. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.
FIFA Klub Dünya Kuboku
Qrup mərhələsi, 1-ci tur
E qrupu
River Pleyt (Argentina) – Urava Red Daymonds (Yaponiya) 3:1
Qollar: Fakundo Kolidio, 12. Sebastyan Driussi, 48. Maksimiliano Meza, 73 – Yusuke Matsuo, 58-pen.
Monterrey (Meksika) – İnter (İtaliya) 1:1
Qollar: Serxio Ramos, 25 – Lautaro Martines, 42.
F qrupu
Fluminense (Braziliya) – Borussiya (Dortmund, Almaniya) 0:0
Ulsan HD (Cənubi Koreya) – Mamelodi Sandauns (CAR) 0:1
Qol: İqraam Rayners, 36.