Səhər saatlarında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.
Qatar stansiyaya çatmamış dayandırılıb.
Gənc sərnişin stansiyanın əməkdaşları tərəfindən xilas edilib.
Məlumatı sayta açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.
O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.
"O, stansiya yolundan bileti götürüb və çıxıb. "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib", - açıqlamada bildirilib./modern.az
Tarix: 18 İyun 2025, 10:47