AZ

Bakıda ilk dəfə Türkmənistan-Azərbaycan əlaqələrinə həsr olunmuş tədbir keçirilir-FOTO  

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda tədbir keçirilir.

Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycan və Türkmənistan Xarici İşlər Nazirliklərindən yüksək səviyyəli rəsmilər, Milli Məclisin üzvləri və diplomatik korpus nümayəndələri iştirak edir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan və Türkmənistan arasında əlaqələrdən danışarkən söhbət tarixi, dini, dil köklərindən gedir amma bugünkü tədbir müasir dövrə, bugünkü əlqələrə həsr olunub:

“İki ölkə arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir”, -deyə F.Şəfiyev vurğulayıb.
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov isə qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Türkmənistan və Azərbaycan bir çox sahədə qarşılıqlı fəaliyyətdə olub: “Bu gün Azərbaycan və Türkmənistan arasında ticarət əlaqələri gücləndirilir, nəqliyyat-logistika sahəsində əlaqələr genişlənir. Geosiyasi və iqtisadi faktorlara bağlı olaraq, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurub”.

Türk Birliyi çərçivəsində əməkdaşlığa diqqət çəkən S.Şərifov bu istiqamətdə də əlaqələrin inkişaf edəcəyinə əminlik ifadə edib.

Nigar Həsənli,
Musavat.com

 

Seçilən
6
musavat.com

1Mənbələr