Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Bakıda keçirilən 65-ci plenar sessiyasının iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər edəcəklər.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədri Sahibə Qafarova QDİƏT PA-nın Bakıda keçirilən 65-ci plenar sessiyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, nümayəndələr azad edilmiş ərazilərdəki dağıntılarla tanış olacaqlar.