“İran və İsrail arasında hərbi qarşıdurma Yaxın Şərqdə geosiyasi və təhlükəsizlik risklərini artırıb, daha da alovlanar və ya yayılarsa, bəzi suverenlərin kredit profillərinə mənfi təsir göstərə bilər”.
İndex.az xəbər verir ki, bu barədə “Fitch Ratings” Beynəxalq Reytinq Agentliyindən bildirilib. Qeyd edilib ki, qarşıdurmadan doğan təsirlərin İsrailin “A”/Mənfi reytinq səviyyəsi çərçivəsində qarşılanması mümkün görünür.
“Bizim ehtimalımız budur ki, döyüşlər İsrail və İran arasında məhdud qalacaq və bir neçə həftədən artıq davam etməyəcək. İsrailin güclü müdafiə tədbirləri var və görünür ki, İranın zərbələri əhəmiyyətli iqtisadi təsir göstərməyib. Hesab edirik ki, İsrailin Qəzza və Livanda apardığı hərbi əməliyyatlar nəticəsində İranın bu ərazilərdəki “proksiləri” vasitəsilə İsrailə cavab vermək imkanları zəifləyib. Hər iki amil göstərir ki, İranın İsrailin son hücumlarına hərbi cavabından doğan zərərin İsrailin reytinqinə təsir edəcək səviyyədə olmayacağı ehtimal olunur”- reytinq agentliyi əlavə edib.