AZ

Azərbaycanlı rəssam Fərhad İsgəndərov özünü öldürüb

Azpost portalından alınan məlumata görə, ain.az xəbər verir.

52 yaşında vəfat edən rəssam Fərhad Yalquzağın meyiti emalatxanada aşkarlanıb.

Bu barədə Teleqraf-a rəssam Pəri Miniatür məlumat verib.

Onun sözlərinə görə, mərhum emalatxanada vəfat edib. Nəşi dostları tərəfindən tapılıb.

Rəssam Fərhad Yalquzağın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, bıçaqla özünə xəsarət yetirib və qanaxmadan ölüb.

Məlumata görə, iyunun 17-də saat 23 radələrində 1973-cü il təvəllüd Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib və o qanaxmadan vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Fərhad Yalquzaq bu gün Zabrat qəbiristanlığında anasının yanında torpağa tapşırılacaq.

Xatırladaq ki, rəssam 1973-cü ildə martın 14-də anadan olub. Sənətkarın yaradıcılığının əsasını avanqard üslub təşkil edib.

O, 2022-ci ildə “XAZART” simpoziumunda iştirak edərək texnika və yaradıcılıq prinsiplərini gənclərlə paylaşıb. “Muzey Mərkəzi”nin sərgilərində isə “Afrikalı şaman” (2009), “Bilyard ustası” (2010) və s. əsərləri yer alıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
9
azpost.info

10Mənbələr