AZ

"Liverpul"un sahibləri "Xetafe" klubunu almaq istəyir

Amerika investisiya qrupu “Fenway Sports Group” (FSG) “Xetafe” klubunu almaqda maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda "As" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, investorları klubun La Liqadakı nəticələri, yaxın zamanda təsdiqlənmiş stadionun təmiri layihəsi, “Xetafe”nin konkret inkişaf planı, eləcə də klubun İspaniyanın paytaxtı Madridə yaxın yerləşməsi cəlb edir.

Qeyd olunur ki, 2024-cü ilin iyul ayında FSG Fransanın “Bordo” klubunu almaq üçün danışıqlar aparıb. Lakin stadionun icarəsi ilə bağlı yaranan çətinliklər səbəbindən bu razılaşma baş tutmayıb.

FSG “Liverpul”dan əlavə, həmçinin “Boston Bruins” və “Pittsburgh Penguins” klublarının da sahibidir.

2024/25 mövsümünün sonunda “Xetafe” La Liqanı 13-cü pillədə başa vurub. 2023/24 mövsümündə isə komanda 12-ci yeri tutmuşdu.

Seçilən
6
operativmedia.az

1Mənbələr