AZ

UNFCCC-nin Katibliyinin üzvü: COP29-un Sədrliyi COP30-un Gündəliyinin qəbul olunmasında körpü rolu oynadı

Bonn, 18 iyun, AZƏRTAC

Gündəliyin qəbul edilməsi mərhələsinin belə çox vaxt aparması təbii ki, çətinlik yaradırdı. Bəzi ölkələr əlavə maddələr irəli sürür və tərəflər bu məsələlərlə bağlı fikir ayrılığı yaşadıqları zaman razılığa gəlməkdə tərəddüd edirlər. Bu səbəbdən bir çox diplomatik danışıq konkret izah, diplomatik təcrübə və səbr tələb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin üzvü Karin Simonson deyib.

“Sessiyanın ilk günündə vaxt məhdudiyyətlərinə görə tərəflər arasında razılığın əldə olunması mümkün olmadı. Bu gün gecikməyə baxmayaraq, bütün tərəflərin razı olduğu birgə yol xəritəsinin formalaşdırılması çoxtərəfli prosesin gücünü göstərdi. Konsensus yaratmaq vaxt aparır, amma bu proses həm güclü, həm də zəif tərəfləri ilə çoxtərəfliliyin əsasını təşkil edir. COP29-un Sədrliyi Bonnda İyun İqlim Görüşlərində aparılan danışıqlarda körpü rolu oynadı və Azərbaycan nümayəndə heyətinin bu prosesi dəstəkləməsi konsensusun əldə olunmasına töhfə verdi”, - deyə UNFCCC-nin nümayəndəsi əlavə edib.

Seçilən
6
4
azertag.az

5Mənbələr