AZ

Ukrayna ilə bağlı G7 sammitinin bəyanatı ABŞ-a görə yayılmadı

G7 sammitindən sonra Ukraynadakı müharibə ilə bağlı birgə bəyanat yaymaq planından imtina olunub.

Herbiand.az xəbər verir ki, Kanada hökumətindəki mənbələrin “Reuters” agentliyinı verdiyi məlumata  görə, bəyanatın yayılması məqsədəuyğun hesab olunmayıb.

CBC News xəbər verir ki, Vaşinqton Rusiya ilə bağlı planlaşdırılan bəyanatdakı bəzi müddəaları bəyənməyib. Ağ Ev bəzi müddəaların Ukraynada müharibəyə son qoymaq üçün Rusiya ilə gələcək danışıqlara mane olacağından ehtiyat edir.

Xatırladaq ki, G7 ölkələri Ukrayna ilə bağlı yekun bəyanat verməsələr də, bir neçə başqa birgə bəyanatlar verdilər. Bu bəyanatlar Yaxın Şərqdəki vəziyyət, süni intellekt, miqrasiya və sair məsələləri əhatə edib.

Seçilən
3
herbiand.az

1Mənbələr