AZ

İsrail İrandakı istehsal obyektlərinə zərbələr endirib

Bakı. Trend:

İsrail İranın uranın zənginləşdirilməsi prosesində istifadəedilən sentrifuqaların istehsalı ilə məşğul olan sənayeobyektlərinə zərbələr endirib.

Trend xəbər verir ki, bubarədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çoxdöyüş təyyarəsi Tehran ərazisindəki hərbi istehsal obyektlərinəsilsilə hücumlar həyata keçirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Seçilən
9
3
az.trend.az

3Mənbələr