AZ

Bəyaz Türklərin diyarı və Sibir özbəklərinin dövlət quruculuğu...


Əski Türkdilli tayfa-qəbilə İttifaqından olan və Avrasiya materikinin Şimal hissəində, Ağ və Qara/Kara dənizləri hövzəsinin kökənli xalqları-Hun-Uyğur-Minsu...soylarının şəcərəsi sayılan, hazırda Rusiya Federasiyasının Hun-Minsu/Xanti-Mansi Muxtar Dairəsi tərkibində (qədim Bəyaz Türklərin torpaqlarında) yaşayan yerli Xalqın Ali Qanunvericilik Məclisinin (Dumasının) üzvü, Azərbaycan Türkü Xalid Böyükağa oğlu Tağızadə 03 iyun 2025-ci il tarixli çıxışında bu Sibir diyarının tarixi-coğrafi mənsubluğu barədə həqiqəti qısa şəkildə səsləndirmiş, Sibir xanlığının Şeybani sülaləsinin adını şəkmiş, keçmiş tarixi rus işğalçılarının törəmələrinə xatırlatmışdır.

Nəticədə tarixi rus irqi-dini ayrı-seçkiliyini təcəsssüm etdirən bu xalqın millitarist damarı daralmış və millət vəkili X.Tağızadəyə qarşı görünməmiş irqçi çıxışlar güclənmiş, rus milli-mənəvi etnik/etik davranış tərzinə uyğun olaraq, nəinki yerli miqyasda (Muxtar Dairə Dumasının sədri B.Xoxryakovun, reqlament və etika komitəsinin sədri L.Mixalkonun...timsalında), həm də ölkə paytaxtı, RF-nın Dövlət Duması səviyyəsində (deputat S.Naumov, İnsan Hüquqları Şurasını üzvü K.Kabanov...başda olmaqla) “od püskürülmüş”dür.

Əslində, hörmətli Xaliq bəy minilliklərlə, əsrlərlə möhürlənmiş və mənsubluğu şübhə doğurmayan Sibir diyarının tarixi salnamə səhifəsinin bir neşə sətrini yadellilərlərə və yaddillilərə xatırlatmışdır...

Aral/Ural dağlarının Şərq hissəsi boyunca, Abu-Su/Ob və Yeni Su/Yenisey çayları hövzələri boyunca Bəyaz Ümman/Şimal Buzlu Okeanı sahillərinədək uzanan geniş, nəhayətsiz və göz işlədikcə üfüqləri yenən Sibir çöllərində əski Türkdilli xalqların kökənli yurdu-ocağı yalnız XVI əsrdən sonra Rusiya dövlətinin işğalından və hərbi-siyasi zəbtindən sonra onlar tərəfindən idarə edilmiş, etnodemoqrafik tərkib Ağ/Bəyaz Türklərin (Hunlar/Xantilər, Minsulular/Mansilər...və başqalarının) sıxışdırılmış, etnoassimlyasiya və daha şimala doğru köçürülmə hesabına kökənli xalqların sayı azalmış, işğalçıların hökmranlığı isə artmışdır. Lakin, o da məlumdur ki, rus işğalçıları Türküstan diyarına və xalqlarına qarşı XVII əsrdən başlayaraq yürütdüyü qəsbkarlıq siyasətinə qarşı dayanıqlı müqaviməti həm də ilk növbədə Yeni Su/Yenisey çayı boyunca Sibir Qırğızları və Abu Su/Ob çayı hövzəsindəki Çöl Türkləri-Qıpçaqlar göstərmişlər.

Geniş Sibir diyarı Türkləri tarixi ədəbiyyatda ümumilikdə “Sibir Qırğızları” adlandırılıb. Bu etnotoonim sırasında Cığatay Türklərinin-Özbək tayfa İttifaqının (Türk-Moğol Uluslarının xələfləri) da xüsusi yeri olmuş və onların şəcərə sülaləsindən olmuş Şeybanilərin dövlət gücünün (siyasi, hərbi, iqtisadi, mədəni, milli-mənəvi...) artımı XIV-XVI əsrlərdə, həm də Sibir xanlığı timsalında tarixi güclü dövlətçilik salnaməsinin yaranmasına səbəb olmuşdur.

Aral/Ural dağları qurşağından şərqə doğru-Hüzur Ümman/Sakit okean sahillərinədək nəhayətsiz uzanan Türk Diyarı (Qıpçaq Çölləri və Ər Hun/Arqun çayları enliyi boyunca) tarixi-coğrafi məkan baxımından 3 hissəyə ayrılr:

-Qərbi Sibir Ulusu-düzəngahı (sahəsi 3 mln.kv. km);

-Şərqi Sibir Diyarı-yayla hövzəsi (7,2 mln.kv. km);

-Uzaq Doğu/Uzaq Şərq Elləri-hündür dağ qurşaqları (6,9 mln. kv. km);

Orta əsrlərdə Uzaq Şimal ellərinə və xalqlarına ümum -Yuqra adı verilib, ona görə də Muxtar Dairə bəzən bu adla rəsmiləşdirilir, sahəsi 534,1 min kv.km, əhalisi 2 milyon nəfərə yaxındır, paytaxtı Surqut şəhəridir (əski Türk-Hun dillərində “Yuqra”-“uzaq”,“Surqut”-“Sərxan”/”Böyük” mənasını daşıyır).

Qəbi Sibir Ulusu əsasən Qərbi Sibir düzənliyuini (Türk-Ay/Turqay bərzəxindən şimala doğru ovalıq və düzəngah əraziləri, Qərbi Sibir Obaları/Uvalları-enlik boyunca, Abu-Su/Ob və Yeni-Su/Yenisey çayları arasında 900 km məsafədə enlik istiqamətində uzana təpəli tirə, düzənliyi şimal və cənub hissələrə ayırır) əhatə edir. Bu ərazilərin tarixi-coğrafi keçmişi, kökənli Türkdilli xalqlarının etno-milli, mənəvi-mədəni, iqtisadi-ticari.... əlaqələrinin inkiuşafı mərhələlərini, Hun-Uyğur qəbilə-tayfa İttiufaqının dil-soy bağlılığını tədqiq edən əski Hun-Uyğur dilli və əsilli dilçi alim-səyyah, Helsinki Universitetinin professoru M.A.Kastren (1813-1852) Sankt-Peterburq İmperator Elmlər Akademiyasının sifarişi ilə Qərbi Sibir diyarı xalqlarının dil-linvistik fonetikasını, milli-etnoqrafik dəyərlərini...İrtış, Ob, Yenisey...çayları hövzəsi boyunca öyrənmiş və elmi-nəzəri nəticələrini Sankt-Peterburq şəhərində rus alimləri qarşısında məruzə etməklə həmin coğrai məkanların əski Türk torpaqları olduğunu, xalqlarının Ural-Altay Ailəsinə mənsubluğunu rus dövlətinin və elminin paytaxtında sübutlamışdır.

O, ilk dəfə olaraq 1847-ci ildə Minsulular diyarında arxeoloji tədqiqatlarını məhz Rusiya İmperator Elmlər Akademiyasının sifarişi ilə aparmışdır.

Daha sonra, İsveç əsilli rus dilçi alimi, tarixçi, etnoqraf, səyyah Hun-Uyğur dilşünaslığının banisi, Rusiya İmperator EA-nın müxbir üzvü A.M.Şeqren (1794-1855) 1821-1854-cü illərdə aparılmış elmi-arxeoloji tədqiqatların nəticəsi olaraq “İmperator Elmlər Akademiyasının xəbərləri” toplusunda (1855) Şərqi Avropa, Sibir və Şimal Qafqazın Hun-Uyğur əsilli Dil-Ailə birliyinə aid olduğunu bildirmişdir.

Hun/Fin arxeoloqu, Milli və Universitet muzeylərinin yaradıcısı, Helsinki Universitetinin professoru İ.R.Aspelin (1842-1915) Altay-Ural hövzəsinin erkən Tunc dövrü (5-6 min il əvvəl) Təkamül mərhələsinin tarixii, coğrafi, ictimai-iqtisadi və milli-mədəni təməl prisiplərinin elmi-nəzəri qiymətləndirilməsi mövzusunda dissertasiya işini 1876-cı ildə müdafiə etmiş, Çingiz-Törəni –“Çingiz xan sülaləsinin yapdığı məkan”-indiki Tümen şəhərində (Sibir dövlətçiliyinin paytaxtı) olmuş, Şərqi Avropa-Sibir hövzəsinin Hun-Uyğur Ailə-Dil birliyinin filoloji təhlilini vermiş, 1877-1884-cü illərdə “Şimalın Hun/Fin-Uyğur qədimliyi” toplusunun nəşrini həyata keçirmişdir.

1880-ci illərin sonlarında Qərbi və Şərqi Sibir, eləcə də, Sarı Türklərin ərazisində-Moğolstanda aparılan arxeoloji qazıntılar yerli, kökənli xalqların qədim Hun-Uğur soykökünə bağlılığı müəyyən edilmişdir.

Qərbi Sibir diyarının əski Türkdilli xalqlarının kökənli tarixi-coğrafi ərazisi kimi, eləcə də, etnomənşəyinin Altay-Ural ailədil qrupları tərkibində təşəkkül tapdığını, ilk növbədə Hun-Uyğur-Quz-Sak...qəbilə-tayfa İttafına mənsubluğu (Ağ/Bəyaz, Göy və Sarı Türk qövmlərinin şəcərə sırasını təşkil etməklə) rus alimlərinin də əsərlərində və tədqiqatlarında elmi-nəzəri nəzəriiyə səviyyəsində təsdiqini tapmışdır.

Hun/Xanti və Minsu/Mansi xalqlarının tarixi-coğrafi salnaməsinin yazılması və xəritələşdirilməsi, etnogenezisinin elmi-nəzəri tədqiq edilməsi sahəsində görkəmli Hun/Macar alimi Antal Requli (1819-1858) böyük rol oynamışdır. 1846-cı ildə Rusiya Coğrafiya Cəmiyyətinin sifarişi ilə Aral/Ural və Qərbi Sibir hövzəsində elmi-etnoqrafik ekspedisiyada olmuş bu alim qədim Hun-Uyğur dillərinə mənsub, o cümlədən, Xantı və Mansi xalqları barədə elmi-nəzəri nəticələrini Rusiya İmperator Coğrafiya Cəmiyyəti qarşısında məruzə etmiş və xəritəsini onlara təqdim etmişdir.

Bu sırada Qızıl Orda dövrünün tədqiqatçısı, akademik A.Y.Yakubovski (1886-01953), rus akademiki, tarixçi-şərqşünas V.V.Bartold (1869-1930) “Türküstan Moğol yürüşləri dövründə”, “Türk etnogenezisi” nəzəriyyəsinin banisi, məşhur alim L.N.Qumilyov (1912-1992) “Qədim Türklər....VI-VIII əsrlərdə), professor V.L.Yeqorov (1938) “Qızıl Ordanın tarixi coğrafiyası, XIII-XV əsrlər”, Moskva Dövlət Universitetinin professoru Q.A.Fyodorov-Davıdov (1931-2000)....əsərlərində Sibir xanlığının ictimai-siyasi dövlət quruluşu, kökənli xalqlarının milli-dini mənəvi prinsipləri, xarici siyasi və iqtisadi əlaqələri, hüquqi-inzibati idarəetmə sistemi...haqqında dəyərli tarixi-coğrafi məlumatlar öz əksini/təsdiqini tapmışdır.

Yuxarıda adları çəkilən alimlər ilk nöbədə Moğol sülalələrinin, Qızıl Orda dövlətinin, Şeybani-Özbək xan şəcərəsinin hakimiyyətini tarixi-arxiv və sənədli faktlarla geniş işıqlandırmışlar.

(Ardı var)

Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi

Seçilən
16
baki-xeber.com

1Mənbələr