Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi yarışa 1/16 final mərhələsindən başlayacaq. 27 yaşlı idmançı Jared Kosse (ABŞ) - Cennaro Pirelli (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Dünya çempionatı 18 iyun 100 kq 1/16 final. Zelim Kotsoyev - Jared Kosse (ABŞ) / Cennaro Pirelli (İtaliya) cütünün qalibi

Qeyd edək ki, indiyədək fərdi mübarizədə Azərbaycanın 4 qadın cüdoçusunun hamısı mübarizəni erkən dayandırıb. 7 kişi cüdoçudan Zelim Tçkayev 81 kq çəki dərəcəsində, Elcan Hacıyev isə 90 kq-da bürünc medal qazanıb, Rəşid Məmmədəliyev 73 kq-da 7-ci yeri tutub.