"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopez "Bavariya"nın maraq dairəsinə düşüb. Bununla belə, 22 yaşlı ispaniyalı kataloniyalılarda qalmaq istəyir.
Operativ Media xəbər verir ki, bu barədə "GiveMeSport" məlumat yayıb.
2024/25 mövsümündə Lopez 46 oyun keçirib, lakin Çempionlar Liqası və La Liqada nadir hallarda start heyətində yer alıb. Onun 8 qolu və 10 məhsuldar ötürməsi var.
Futbolçunun hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.
"Transfermarkt" portalı oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir.