ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
APA xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Məqalədə qeyd edilir ki, ABŞ-ın hazırkı silahlı münaqişə kontekstində İsrailə qoşulacağı təqdirdə İran guya regiondakı Amerika bazalarına hücum etməyə hazırlaşır.