AZ

Avstraliya Rusiyanın "kölgə donanması"nın 60 gəmisinə qarşı sanksiyalar tətbiq etdi

BAKI. 18 iyun. TELEQRAF

Avstraliya hökuməti Rusiyanın “kölgə donanması”na aid 60 gəmiyə qarşı sanksiyalar tətbiq etdiyini elan edib.

Teleqraf xəbər verir ki, ölkənin xarici işlər naziri Penni Vonq bu bəyanatla çıxış edib.

"Avstraliya hökuməti Rusiyanın “kölgə donanması” ilə əlaqəli 60 gəmiyə qarşı sanksiyalar tətbiq edib. Rusiya bu gəmilərdən beynəlxalq sanksiyalardan yayınaraq, neftin və sanksiya altında olan digər malların ticarətini davam etdirmək üçün istifadə edir", - Vonq iddia edib.

O bildirib ki, gəmilərin Avstraliya limanlarına girişinin qadağan edilməsini əhatə edən bu cür məhdudlaşdırıcı tədbirlər ölkə tarixində ilk dəfə tətbiq edilir. Nazir həmçinin Avstraliyanın artıq Rusiya müəssisələrinə və vətəndaşlarına qarşı 1400-dən çox sanksiya tətbiq etdiyini, eləcə də Ukraynanın müdafiəsi üçün qətiyyətli addımlar atmağa davam etmək niyyətində olduğunu sözlərinə əlavə edib.

Seçilən
25
teleqraf.com

1Mənbələr