AZ

İran KİV: İsrailin daha bir döyüş təyyarəsi vurulub

BAKI, 18 iyun. TELEQRAF

İranın hava hücumundan müdafiə qüvvələri Çahar Mahal və Bəxtiyari üzərində daha bir İsrail təyyarəsini vurub.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Mehr News” xəbər agentliyi məlumat yayıb.

Katapult edən pilotun axtarışlarının davam etdiyi bildirilir.

Qeyd edək ki, İran mətbuatının məlumatına görə, bu, son beş gün ərzində İran hava məkanında vurulan sayca beşinci İsrail təyyarəsidir.

Seçilən
8
teleqraf.com

1Mənbələr