AZ

Rusiyalı iş adamı İrəvanda saxlanılıb

Rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan İrəvanda saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Xəbərə görə, deputat Artur Hovhannisyan Ermənistan Milli Assambleyasında bildirib:

“Samvel Karapetyan, biz sizin məsələ ilə məşğul olacağıq”.

Bu ifadədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Karapetyanın evinə daxil olaraq onu saxlayıblar.

Qeyd edilir ki, hazırda biznesmenin Ulnetsi küçəsindəki mənzilində axtarış aparılır.

Xatırladaq ki, Samvel Karapetyan bu gün kilsəni müdafiə edən açıqlamalar edib.

Seçilən
17
4
news365.az

10Mənbələr