AZ

“Neftçi”, “Turan Tovuz”, “Kəpəz” – Üç klubdan birini seçməlidir

Ötən mövsümü “Sabah”da keçirən Abdulla Rzayev karyerasını başqa klubda davam etdirəcək.

23 yaşlı müdafiəçi icarə əsasında olsa belə, ünvanı dəyişmək niyyətindədir.

Öncə Krunoslav Renduliçin, daha sonra Vasili Berezutskinin şans vermədiyi futbolçu daha çox forma şansı qazana biləcəyi komandada olmaq istəyir.

Təklifləri kifayət qədərdir. “Neftçi”, “Turan Tovuz” və “Kəpəz” Rzayevi heyətinə qatmaqda maraqlıdır. Futbolçu seçimlə bağlı qərarını versə, həmin klub “Sabah”la danışıqlara başlayacaq.

“Neftçi”ylə “Sabah”ın münasibətlərində soyuqluq yarandığından və növbəti mövsümdə bir-birinə əsas rəqib sayılacağından, “ağ-qaralar”ın şəfərini qoruyacağı inandırıcı görünmür.

Abdullanın “tələbələr”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Odur ki, ən yaxşı halda icarəyə verilə bilər.

Səbəbkar ötən mövsüm Premyer Liqada cəmi 4 oyunda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
35
sportinfo.az

1Mənbələr