AZ

Kriştianu Ronaldu Donald Trampa forma hədiyyə edib

Portuqaliya millisinin məşhur futbolçusu, “Qızıl top”un beşqat qalibi Kriştianu Ronaldu ABŞ prezidenti Donald Trampa üzərində adı və şəxsi avtoqrafı olan formasını hədiyyə edib.

Bu barədə Portuqaliya millisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliya millisinin köynəyinin üzərində “Sülhün tərəfdarı olan prezident Donald Tramp” yazısı yer alıb. Forma Trampa Avropa Şurasının rəhbəri Antonio Kosta tərəfindən verilib.

Qeyd edək ki, K.Ronaldu Çempionlar Liqasının beşqat, Millətlər Liqasının ikiqat qalibidr. O, həmçinin Avropa çempionu tituluna yiyələnib. \\Tribunainfo.az

Seçilən
0
10
hurriyyet.az

10Mənbələr