AZ

Azərbaycan cüdoçusu: Dünya çempionatında qazandığım medal qızıla bərabərdir

Təəssüratlarım çox əladır,sevincliyəm və xoşbəxtəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Zelim Tçkayev deyib.

O bildirib ki, qazandığı medal onun üçün çox dəyərlidir: “Mənə görə bu medal qızıla bərabərdir. Çünki bu, dünya çempionatlarında qazandığım ilk medaldır. Məşqçilərlə plan hazırladıq və sonda uğurla işə yaradı. Hesab edirəm ki, yaxşı iş gördük. Bürünc medal uğrunda görüş çətin keçdi, lakin sonda qalib gəldim. Yarımfinalda şansım var idi, ancaq rəqib məni üstələdi”.

Seçilən
1
1
yeniazerbaycan.com

2Mənbələr