AZ

İqtisadi fəal əhalinin sayı açıqlandı

Cari il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 332,6 min nəfər olub, onlardan 5 milyon 49,7 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən Axar.az-a bildirilib ki, cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 771,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 876,3 min nəfər, qeyri-dövlət sektorunda isə 895,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 740,5 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi emal sənayesində, 6,6 faizi tikintidə, 2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 2 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

Bu ilin yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 141 saat təşkil edib.

2025-ci il iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub, onların 48,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 435 manat olub.

Seçilən
1
5
axar.az

7Mənbələr