Redaktor.az saytına istinadən ain.az xəbər verir.
Çində Pekin Universitetinin "Ağıl Verən" suyu satılır.
Redaktor.az South China Morning Post-a istinadən bu barədə xəbər verir.
Çində internet mağazaları, Pekin Universitetinin ərazisində yerləşən Veymin gölündən alınan butulka suyu satmağa başlayıb. Bu su "müdriklik verən su" kimi təqdim edilir və artıq sosial mediada böyük diqqət cəlb edib, bir çox alıcılar onun simvolik və ya ruhi dəyərinə inanaraq alır.
500 ml-lik bir butulka su, 4 ilə 14 dollar arasında satılır ki, bu da adi butulka suyunun qiymətindən çox yüksəkdir. Hətta yüksək qiymətə baxmayaraq, bu məhsula olan tələbat sabit qalır.
İnsanlar ondan ilham almaq, uğur qazanmaq və ya daha ağıllı olmaq ümidilə alırlar.
Xədicə BAXIŞLI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.