AZ

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlandı

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinəcinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğumaliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdətəqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəcinayət işi üzrə məhkəmə prosesi iyunun 17-də davam etdirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilənaçıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilkdəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərinhüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını vəvəzifələrini izah edib.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmişməhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyunun 24-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Seçilən
7
20
az.trend.az

10Mənbələr