AZ

Natiq Cəfərli: İran daxilində daha maraqlı proseslərin şahidi olacağıq”

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Birjalarda inanılmaz sakitlik var, normal satış-alış əməliyyatları gedir, neft “dəlilik” etmir, neftin və qızılın qiymətləri kəskin qalxmır, rutin bir birja günüdür. Halbuki Yaxın Şərqdəki alov, İsrail-İran müharibəsi birjaları alt-üst etməli, ilk növbədə nefti, sonra da “güvənli liman” olan qızılı (qızıl hətta 0,5% ucuzlaşır bu dəqiqələrdə) kəskin bahalaşdırmalı idi".Reyting.az xəbər verir ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli sosial media hesabında yazıb.O bildirib ki, ümumiyyətlə, bazar, birja ən dəqiq indikatordur, investorların davranışı analiz üçün ən sağlam istinad nöqtəsidir: “Birjalardakı vəziyyət onu deməyə imkan verir ki, İsrail-İran qarşıdurması yaxın saatlarda bitəcək (1-2 gün çəkə bilər), anlaşma olacaq, bundan sonra İran daxilində daha maraqlı proseslərin şahidi olacağıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
9
reyting.az

10Mənbələr