AZ

Çinin İsrailin hücumundan 3 gün əvvəl Tehrana xəbərdarlıq etdiyi ortaya çıxdı - sistemə sızdılar, sizi vuracaqlar...


İyunun 13-də İsrailin başlatdığı hücumlara İranın cavab verməsi ilə başlayan qarşılıqlı toqquşmalar 5-ci gününə qədəm qoydu.

Bu gün İran mətbuatı Təbrizdə ardıcıl iki böyük partlayışın baş verdiyini, İranın da Tel-Əvivi hədəf alan yeni hücumlar həyata keçirdiyini yazıb. İsrail ordusu hücumlarda İranın yeni Baş Qərargah rəisinin öldürüldüyünü açıqlayıb.

Bu arada, məlum olub ki, Çin hücumlar başlamazdan üç gün əvvəl İrana İsrailin mümkün əməliyyatı barədə xəbərdarlıq edib. Çin rəsmiləri İran tərəfinə iki kritik məlumat veriblər: İsrailin yaxın günlərdə hücuma keçəcəyini, İsrailin İranın kommunikasiya sisteminə sızdığını və ölkənin əsas fiqurlarının hər addımını izlədiyini...

Çindən gələn məlumata görə, İsrail İranın telefon rabitə sisteminə sızıb və telefonları izləmək imkanı əldə edib. Bunun sayəsində İran rejiminin yüksək rütbəli şəxslərinin yerlərini anında müəyyənləşdirə və dəqiq hücumlar həyata keçirə bilir.

İsrailin hücumlarında hədəf alınan İnqilab Keşikçiləri Korpusunun (SEPAH) liderləri, kəşfiyyat rəisləri və yüksək rütbəli komandirlərin yerlərinin telefonları vasitəsilə müəyyən edildiyi iddia edilib. Telefonlara casus proqramların yüklənib-yüklənmədiyi bəlli olmasa da, dəqiq çəkilişlərlə həyata keçirilən hücumlar bu ehtimalı gücləndirir. Digər tərəfdən, öldürülən iranlı komandirin evini hədəf alan hücumda divarın yalnız müəyyən bir sahəsinə dəyən sursat hücumların həssaslığını ortaya qoyur.

Bu arada, o da məlum olub ki, İranın kibertəhlükəsizlik idarəsi mühafizə sahəsində olan bütün yüksəkvəzifəli məmurların və xidmətlərin ümumi şəbəkələrə qoşulmuş rabitə cihazlarından istifadəsini qadağan edib.

TAHİR

Seçilən
5
baki-xeber.com

1Mənbələr