AZ

1-ci təsnifat mərhələsi üçün püşk atıldı - ÇL

UEFA-nın Nyondakı mənzil-qərargahında Çempionlar Liqasının 2025/26 mövsümünün ilk püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, mərasimdə 1-ci təsnifat mərhələsində qarşılaşacaq cütlüklər bəlli olub. Azərbaycan çempionu "Qarabağ" yarışa 2-ci təsnifat mərhələsindən qoşulacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
Jalgiris (Litva) - Hamrun Spartans (Malta)
KuPS (Finlandiya) – Milsami (Moldova)
TNS (Uels) - Şkendiya (Şimali Makedoniya)
İberiya 1999 (Gürcüstan) - Malmö (İsveç)
Levadiya (Tallin) - RFS (Latviya)
Drita (Kosovo) - Differdanj (Lüksemburq)
Vikinqur (Farer adaları) – Linkoln Red İmps (Cəbəllütariq)
Eqnatiya (Albaniya) - Breydablik (İslandiya)
Şelburn (İrlandiya) - Linfild (Şimali İrlandiya)
FKSB (Rumıniya) - İnter Eskaldes (Andorra)
Virtus (San Marino) – Zrinski (Bosniya və Hersoqovina)
Olimpiya (Sloveniya) - Kayrat (Qazaxıstan)
Noa (Ermənistan) - Buduçnost (Monteneqro)
Ludoqorets (Bolqarıstan) – Dinamo-Minsk (Belarus)

Qeyd edək ki, ilk oyunlar iyulun 8-9-da və 15-16-da keçiriləcək. II təsnifat mərhələsinin püşkü isə iyunun 18-də atılacaq.

Seçilən
2
13
football-plus.az

10Mənbələr