AZ

Dörd şəhər psixopatlar üçün daha əlverişlidir

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

ABŞ-da aparılan elmi araşdırma psixopatik tiplərin yaşaya biləcəyi ştatların paylanmasını ortaya çıxarıb. Reyting.az xəbər verir ki, Danimarkanın Kopenhagen Universitetində aparılan araşdırmada 50 əyalətdə ən azı 100 iştirakçının cavablandırdığı anketlərdən əldə edilən məlumatlar əsasında narsisizm, makiavelizm, psixopatiya və sadizm meylləri ölçülüb.Ən çox psixopatların olduğu şəhərlər belə bölünür: Nevada, Luiziana, Nyu-York və Texas.Bu dörd şəhər riskli davranışları ilə tanınan insanların yaşadığı və qumar mədəniyyətinin yüksək olduğu yerlər sırasındadır. Luiziana ölkədə ən yüksək qətl nisbətinə malikdir. Nyu-York və Texasda ifrat zənginlik və yoxsulluğun bir-birinə qarışan strukturu qaranlıq şəxsiyyət xüsusiyyətlərini tətikləyə bilər.Bunun əksinə olaraq, Vermont, Massachusetts, Maine və New Hampshire kimi ştatlarda bu xüsusiyyətlər ən aşağı səviyyədədir. Bu regionlar yüksək təhsil səviyyəsi, gəlirləri, effektiv səhiyyə xidməti və güclü sosial dəstək sistemləri ilə seçilir.V. QULİYEV Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
reyting.az

2Mənbələr