“Real” futbolçusu Brahim Diasla yeni müqavilə imzalamağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı oyunçu klubla razılığa gəlib. Rəsmi müqavilənin yaxın vaxtlarda imzalanacağı gözlənilir.
Yeni sözləşmənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
Mərakeşli yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 52 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.