"Turan Tovuz"da növbəti ayrılıq yaşanıb.
Tural Bayramlı bölgə klubunu tərk edib.
27 yaşlı futbolçunun gələn ilin yayına kimi qüvvədə olan müqaviləsi olmasına baxmayaraq getmək qərarı verib.
Kurban Berdiyev gələcək planlarında ona yer olmadığını açıq-aydın dilə gətirib.
Halbuki Bayramlını ötən yay 73 yaşlı mütəxəssis şəxsən özü "Turan"a dəvət etmişdi.
İlk turlar komandanın əsas heyət üzvünə çevrilən gənclər millimizin sabiq üzvü ardınca türkmənistanlı çalışdırıcının anlaşılmaz qərarı ilə üz-üzə qalaraq ehtiyat skamiyanın daimi sakininə çevrilmişdi.
Xatırladaq ki, Tural bu mövsüm 9 görüşdə meydana çıxıb.
XANOĞLAN / SPORTİNFO.AZ