Sorğuda iştirak edən avstraliyalıların əksəriyyəti ABŞ-a inamın azalması davam etdiyi üçün Çinin 2035-ci ilə qədər dünyanın aparıcı dövləti mövqeyini tutacağı fikrini ifadə edib.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
"ABŞ-a inam azaldıqca Çin 2035-ci ilə qədər dünyanın ən güclü ölkəsinə çevriləcək. Çin lideri Si Szinpinə inam dörd pillə artaraq 16%-ə çatıb", deyə nəşr yazır.
Qəzet həmçinin yazır ki, avstraliyalılar kimin daha etibarlı tərəfdaş olması - Çin lideri Si Szinpin və ya ABŞ prezidenti Donald Tramp olması ilə bağlı suala bərabər cavab verib.
“The Guardian”ın istinad etdiyi beyin mərkəzinin 2025-ci il üçün hesabatına görə, respondentlərin yalnız 25%-i Trampın beynəlxalq münasibətlərdəki siyasətinə inandığını bildirib. Bir il əvvəl ABŞ-ın keçmiş prezidenti Co Baydenə etimad səviyyəsi 46% idi.
Bundan əvvəl "Euractiv" yazıb ki, Tramp administrasiyasının dünyanın əksər ölkələrindən gələn xarici məhsullara tətbiq etdiyi rüsumlar “Amerika əsrinin sonu”na gətirib çıxara bilər. Nəşr ABŞ-ın "Eurasia Group" konsaltinq şirkətinin menecerlərindən biri Müctəba Rəhmanın fikrinə istinad edir. O hesab edir ki, Vaşinqton administrasiyasının bu cür iqtisadi siyasətinin nəticəsi dolların dünya səhnəsində mövqeyinin zəifləməsi ola bilər.
Samir