AZ

"Hansısa yerli futbolçunu transfer edəcəyimizə inanmıram” – “Qəbələ”nin planı nədi?

2025/26 mövsümündə premyer-liqada çıxış edəcək “Qəbələ” heyətin formalaşdırılması yönündə işlər görür. “Qırmızı-qaralar” indiyə qədər Samir Həsənov, Müşfiq Nadirov, Ruslan Vorontsov, Oçe Oçoveçi və İbrahim Ramazanov ilə yolları ayırsa da, yeni futbolçuyla güclənməyib.

Bəs bu proses nə vaxt start götürəcək? Bölgə təmsilçisindən ən qısa zamanda yeni transferlər gözlənilirmi?

Sualları “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlıya ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Hələ hansısa futbolçuyla rəsmi razılaşma əldə edilməyib. Yeni transfer edəcəyimiz halda bu haqda ictimaiyyətə açıqlama veriləcək. Xeyli oyunçu ilə maraqlanırıq. Axtarışlarımız davam edir. Çalışmalar legionerlərlə bağlıdı. Hansısa yerli futbolçunu transfer edəcəyimizə inanmıram”.
KƏNAN BAHADIR
Seçilən
3
1
football-plus.az

2Mənbələr