AZ

İsraildən təkzib: İranla danışıqlar aparılmır

BAKI, 17 iyun. TELEQRAF

İsrail İranla münaqişənin nizamlanması ilə bağlı heç bir danışıqlar aparmır.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.

Seçilən
4
1
teleqraf.com

3Mənbələr