AZ

Paşinyan Türkiyəyə Zəngəzur məsələsi üçün gedir? Deputat AÇIQLADI

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə səfərində müzakirə olunacaq əsas mövzu Zəngəzur dəhlizi, Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə sərhədin açılması olacaq”.Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, Ermənistan baş nazirinin bu səfəri regionda baş verən müharibələr fonunda baş tutur:“İranda baş verən müharibə üzündən Ermənistanın Bəndər-Abbas limanına yolu bağlanmışdır. O cümlədən, Ermənistanın ticarət nazirinin verdiyi açıqlamaya görə, Bəndər-Abbas limanında Çindən gəlmiş 300-dən çox konteyner blok olub qalmışdır. Demək olar ki, bu həm də Ermənistanın yeni bir blokadaya düşməsi deməkdir. Bu baxımdan, Ermənistan Zəngəzur dəhlizinin açılmasına məcbur vəziyyətdədir. Həm də Türkiyə ilə yolu da bağlıdır. 

Bu baxımdan, Paşinyanın Türkiyəyə səfəri çərçivəsində müzakirə olunacaq əsas mövzu Zəngəzur dəhlizi və Azərbaycanla sülh müqaviləsinin imzalanması, o cümlədən Türkiyə ilə sərhədin açılması olacağını hesab edirəm. Bu gün Türkiyə və Azərbaycan regionun sabitləşdirici ölkələridir. Ermənistanın ölkələrimizlə tələblərimizi icra edərək qonşuluq münasibətlərinə başlanması ilə həm kommunikasiyaların açılmasına, həm də təhlükəsizliyin təmin olunmasına yeni imkanlar qazana bilər”.Qeyd edək ki, Ermənistan parlamentnin sədri Alen Simonyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyini təsdiqləyib. Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək. Paşinyan və Ərdoğan iyunun 20-də Ankarada görüşəcəklər.Cavidan Mirzəzadə 

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
2
demokrat.az

3Mənbələr