Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İsraillə toqquşmalardan sonra İranda çoxlu insan casusluqda şübhəli bilinərək saxlanılıb. Demokrat.az xəbər verir ki, "CNN International"ın məlumatına görə, təkcə paytaxt Tehranda 28 nəfər saxlanılıb.İranın Kəşfiyyat Nazirliyi potensial casusları aşkar etmək üçün nəzərə alınması lazım olan detalları sadalayaraq, ictimaiyyətə açıqlama verib. Nazirliyin bəyanatında maska və ya günəş eynəyi taxan, pikap sürən, böyük çantalar daşıyan və ya hərbi və sənaye zonalarında video çəkən əcnəbilər barədə məlumat verilməyə çağırılıb. Xüsusilə hava qaraldıqdan sonra gün eynəyi, papaq və maska taxanlara diqqət yetirilməli olduğu bildirilib. Son vaxtlar evlərini kirayə verənlərdən diqqətli olmaları istənilib. İran Ədliyyəsi İsraillə əməkdaşlıq etdikləri aşkar edilən şəxslərin tezliklə mühakimə olunmasını və cəzalandırılmasını istəyib.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.